Fransada Kriştianu Ronaldunun "əkizi"ni tutdular - Səbəb
Tarix: 17-09-2016 09:32 | Bölmə: İdman / Xəbərlər

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun fransız "əkizi" tapılıb.

"L'Est Republicain" nəşrinin xəbərinə görə, ölkənin şimalındakı bir şəhərdə evə girən iki oğru mənzil sahibi tərəfindən cinayət yerində yaxalanıb. Oğrular hadisə yerindən qaça bilib. Lakin onların üzlərini görən ev sahibi polis bölməsində bədəməllərin robot rəsmini çəkdirib. "Ronaldunun əkizi kimiydi" sözləri ilə tərtib edilən şəkil əsasında məşhur futbolçuya oxşayan 21 yaşlı oğru nəhayət, yaxalanıb. 

Kriştianunun "qardaşı" polis bölməsində verdiyi ifadədə evə gecələmək üçün girdiyini deyib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}