16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Qarabağ”ın növbəti oyunun yeri dəqiq müəyyənləşməyib – Açıqlama
Tarix: 20-09-2016 18:42 | Bölmə: İdman


"Hazırda Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə aparılan təmiş işləri davam etdirilir. Bununla bağlı mütəmadi olaraq, UEFA-ya məlumat veririk”.

Reyting.az xəbər verir ki, bunu Qol.az-a açıqlamasında "Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Onun sözlərinə görə, klub meydançanın ən qısa zamanda normal vəziyyətə gətirilməsi üçün əlindən gələni edir: "Biz çalışırıq ki, Avropa Liqasınn qrup mərhələsində növbəti ev oyunumuzu – PAOK-la oktyabrın 20-nə nəzərdə tutulan matçı məhz Tofiq Bəhramov adına Respublika stadionunda keçirək”.

Bununla belə, klub rəsmisi deyib ki, yekun qərarı UEFA verəcək.

"Oktyabrın əvvəllərində UEFA-dan Bakıya nümayəndələr gələrək Respublika stadionunun ot ortüyünü yenidən yoxlayacaqlar və bundan sonra müvafiq qərar veriləcək”,– deyə klub rəsmisi bildirib.

Xatırladaq ki, T.Bəhramov adına Respublika stadionunun ot ortüyü bərbad vəziyyətə düşdüyü üçün "Qarabağ” Avroliqanın qrup mərhələsində ilk ev oyununu – "Slovan”la matçı Mərdəkandakı "Dalğa Arena” stadionunda keçirmək məcburiyyətində qalmışdı.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}