UEFA-nın prezidenti Bakıya gəlir
Tarix: 22-09-2016 17:52 | Bölmə: İdman


UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək.

AFFA-nın xəbərinə görə, səfər AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək. UEFA rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib.

Qeyd edək ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}