Baş məşqçi: “Bakıda 14 qol imkanından istifadə edə bilmədik”
Tarix: 10-10-2016 17:08 | Bölmə: İdman


"Azərbaycana uduzduğumuz üçün çox məyusuq. İndi bunu müzakirə etmək üçün vaxtımız yoxdur".

Reyting.az saytı Qol.az-a istinadla xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo yerli mətbuata müsahibəsində deyib.

O, DÇ-2018-in seçmə mərhələsində millimizə uduzduqları oyunu bir daha xatırlayıb: "Bakıda bəxt bizim tərəfimizdə deyildi. Daha çox cinahlardan hücumlar qururduq. Rəqib qapımıza cəmi bir zərbə vurdu, o da qol oldu. Bizim isə 14 qol imkanımız olsa da, istifadə edə bilmədik”.

Hoqmo sabah San Marino ilə oyunda qələbə qazanacaqlarına inandıqlarını deyib: "Ardıcıl iki məğlubiyyətdən sonra bizə yalnız qələbə lazımdır. Qalib gələcəyimiz halda komandada psixoloji durum qaydasına düşə bilər".

Qeyd edək ki, Bakıda yığmamıza uduzan Norveç millisi hazırda qrupda 5-ci pillədədir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}