16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirin oğlu dünyanın ən yaxşı futbolçusunu Bakıya gətirdib – Fotolar
Tarix: 20-10-2016 12:01 | Bölmə: İdman / Xəbərlər

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauşo Azərbaycana gəlib.

Reyting.az-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu Modern.az-a deyib ki, bu səfərin AFFA ilə əlaqəsi yoxdur.

"Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə bildirib ki, Ronaldinyonu Bakıya "Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov gətirib.

Ronaldinyonun Bakıya "Qəbələ” ilə əməkdaşlıq üçün dəvət olunduğu bildirilib:

"Bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Ronaldinyo ilə "Qəbələ” klubunun əməkdaşlığına dair mətbuat konfransı keçiriləcək. Konfransda bütün suallar cavablandırılacaq”.
Qeyd edək ki, "Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Xatırladaq ki, "Barselona”, PSJ və "Milan”ın sabiq futbolçusu Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.

2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək "Qızıl top” mükafatını qazanıb.

FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}