11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
AFFA futbol klublarını cərimələyib – Məbləğ
Tarix: 01-11-2016 16:32 | Bölmə: İdman / Xəbərlər

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İntizam Komitəsi Topaz Premyer Liqanın 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz Premyer Liqasının X turunun "Zirə” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Oyunun 70-ci dəqiqəsində "Kəpəz” klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının X turunun "İnter” – "Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}