17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Qarabağ” komandası qələbə qazandı - Hesab
Tarix: 04-11-2016 12:09 | Bölmə: İdman / Xəbərlər


Avropa Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində Azərbaycan çempionu "Qarabağ” Yunanıstanda növbəti oyununa çıxıb. Oyun Saloniki şəhərinin "Tumba" stadionunda keçirilib.

İki həftə əvvəl Bakıda Yunanıstanın PAOK komandasını 2:0 hesabı ilə məğlub edən "Qarabağ” bu dəfə də meydana qələbə üçün çıxmışdı. Bütün oyun ərzində üstünlüyünü qoruyan komandamız oyunun 69-cu dəqiqəsində istəyinə çatıb. Miçel Madera vurduğu qolla komandamızı hesabda önə çıxarıb.

Sonrakı dəqiqələrdə də bir neçə dəfə fərqlənməyə yaxın olan Qurban Qurbanovun komandası istəyini qola çevirə bilməyib. Beləliklə, "Qarabağ” səfərdən 3 xalla dönərək aktivindəki xalları 7-yə çatdırib. Bununla da "Qarabağ” turnir cədvəlindəki mövqeyini bir qədər də gücləndirərək ikinci pilləyə yüksəlib. 

1.

Fiorentina

4

3

1

0

11:2

10

2.

Qarabağ

4

2

1

1

6:7

7

3.

PAOK

4

1

1

2

2:4

4

4.

Slovan

4

0

1

3

4:10

1

 

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}