"Qəbələ"yə qalib gəlib oyunumuza yaxşı əhval-ruhiyyədə hazırlaşmaq istəyirik" - Martin Şmidt
Tarix: 06-12-2016 15:16 | Bölmə: İdman

"Turniri qələbə ilə yekunlaşdırmaq istəyirik. Artıq bu oyunun böyük bir əhəmiyyəti yoxdur".

Reyting.az saytı Qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Maynts"ın baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsinin son turunda "Qəbələ" ilə keçiriləcək oyundan danışarkən deyib.

O, Almaniya mətbuatına açıqlamasında cari mövsüm Avroliqadakı çıxışlarını dəyərləndirib və "Qəbələ"yə qalib gəlməli olduqlarını bildirib:

"Avroliqada yaxşı təcrübə qazandıq. Amma "Anderlext"ə 1:6 hesablı məğlubiyyət bizim üçün rüsvayçı nəticədir. "Qəbələ"yə qalib gələrək Bundesliqadakı oyunumuza yaxşı əhval-ruhiyyədə hazırlaşmaq istəyirik".

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək "Maynts" - "Qəbələ" matçı Bakı vaxtı ilə 22:00-da start başlayacaq.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}