Klub və futbolçulara cəza verildi – Qərar
Tarix: 14-12-2016 16:10 | Bölmə: İdman

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

PFL-nin verdiyi məlumata görə, İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul olunub:

– Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qəbələ” – AZAL matçında "Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur;

– Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə” – "Neftçi” matçının 30-cu dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.

İclasda qeyd olunub ki, UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir. Müvafiq komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən aşağıda adı göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:

"Şahdağ” (Qusar)

1. Uce Cukunyere.

"Energetik” (Mingəçevir)

1. Ruslan Həmidov.

Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA İntizam Komitəsinin 22 noyabr 2016-cı il tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalır:

"Şahdağ” (Qusar)

1. İqrar Səmədov

2. Rafael Kübərov (İnzibatçı).

"Rəvan” (Bakı)

1. Elvin Əliyev

2. Cəmşid Məhərrəmov.

"Göyəzən” (Qazax)

1. Arzuman Vəliyev

2. Tunar Şahtaxtinski.

"Energetik” (Mingəçevir)

1. Elvin Əlizadə

2. Kamran Lalayev.

Hakim

Anar Niyazov.

Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA İntizam Komitəsinin 22 noyabr 2016-cı il tarixli qərarı qüvvədən düşmüş sayılır:

"Şahdağ” (Qusar)

1. Kamran Ağakərimov

2. Tofiq Şəfiyev

3. Mahiddin Ağamov

4. Faik Ağakərimov.

"Rəvan” (Bakı)

1. Əkbər Əhmədov

2. Fərid Ağayev

3. Mirqasım Cabbarlı

4. Omid Masumi

5. Fərid Quliyev.

"Bakılı” (Bakı)

1. Bəhram Bəhramzadə

2. Xəzər Qəribov.

"Göyəzən” (Qazax)

1. Orxan Əsgərov.

"Energetik” (Mingəçevir)

1. Orxan Əlibalayev.

"Şərurspor” (Bakı)

1. Mehdi Rəsulov

2. Samir Musayev.

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}