23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
"Neftçi" ukraynalı futbolçunu komandaya daxil edir
Tarix: 05-01-2017 11:39 | Bölmə: İdman

Bakının "Neftçi" klubunun heyətə cəlb etmək istədiyi ukraynalı futbolçunun adı müəyyənləşib.

Reyting.az "Report"a istinadla bildirir ki, bu, Kiyev "Dinamo"sunun yetirməsi Kirill Petrovdur.

13 yaşında "Dinamo"nun düşərgəsinə qoşulan müdafiəçi 3 ildən sonra Kiyev təmsilçinin gənclərdən ibarət komandasında çıxış edib. O, 2009-cu ildən əsas komandaya cəlb olunsa da, növbəti illərdə "Krivbass" və "Qoverla"ya icarəyə verilib. Müdafiəçi 2013-cü ildən Kiyev "Arsenal"ı, bir il sonra Polşa "Korona"sı, 2015-ci ildə isə Qazaxıstanın "Ordabası" klublarında forma geyinib.

Onun sonuncu komandası isə Ukrayna "Olimpik"i olub. Petrov 2016-cı ilin fevralından çıxış etdiyi Donetsk klubu ilə yollarını dünən ayırıb. 26 yaşlı oyunçu əvvəllər Ukraynanın U-19 və U-21 yığmalarında da forma geyinib.

Petrovun bu gün "Neftçi"nin Türkiyənin Antalya bölgəsindəki düşərgəsinə qoşulacağı gözlənilir. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}