23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İngiltərə millimizin oyunçusunu transfer etmək istəyir
Tarix: 31-01-2017 13:05 | Bölmə: İdman

21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozancan Kökcü İngiltərə klublarının maraq dairəsinə düşüb.

Bu haqda "The Sun" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Premyer Liqa təmsilçiləri "Tottenhem" və "Everton" 18 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

O.Kökcünün yetirməsi olduğu "Feyenoord"la müqaviləsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi O.Kökçü "Feyenoord”un U-19 və U-21 komandalarında çıxış edib. 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət edib. Türk əsilli futbolçu bu təklifi qəbul edib və bu ay U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılıb. O, Qazaxıstana qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.(Qol.az)

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}