23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İdmançılarımız beynəlxalq turnirdə çıxış edir - Siyahı
Tarix: 16-02-2017 16:14 | Bölmə: İdman

"Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov və "TT Fight Club”un üzvü Elnar İbrahimov MMA üzrə 59-cu beynəlxalq "Fight Nights Global” turnirində çıxışlarını davam etdirirlər.

Reyting.az Fanat.az-a istinadla xəbər verir ki, bu mərhələdə Nəriman Abbasov Rusiya idmançısı Artur Zanyukovla qarşılaşacaq. Nəriman bu qarşılaşmanı qələbə ilə tamamlasa, turnirin kəməri uğrunda döyüşmək hüququ qazanacaq.

Elnar İbrahimov isə erməni əsilli Rusiya təmsilçisi Vartan Asatryan ilə qüvvəsini sınayacaq. Qələbə Elnarın finala vəsiqəsini təmin edəcək.

Döyüşlər fevralın 23-ü Moskvada - Ximki Arenada keçiriləcək.

"Qəbələ” İdman Klubunun təmsilçisi, təcrübəli döyüşçü Bəxtiyar Abbasov mart ayında UFC ilə müqavilə imzalamaq üçün Amerikaya yola düşəcək. Azərbaycan MMA idmanı tarixində UFC ilə ilk müqavilə imzalayan ilk döyüşçü kimi tarixə düşəcək Bəxtiyar Abbasov ABŞ-da təlim-məşq toplanışına start verəcək.

 





Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}