"Real" aparıcı futbolçusunu itirib -Səbəb
Tarix: 23-02-2017 17:32 | Bölmə: İdman

İspaniya La Liqasının XVI turundan təxirə salınmış "Valensiya" ilə oyunda uduzan (1:2) "Real" aparıcı futbolçusunu da itirib.

Matçın 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən Rafael Varanın əzələsində problem aşkarlanıb.

İlkin müayinədən sonra 23 yaşlı müdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.(idmantv.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}