Qətər futbolçusu: “Azərbaycan millisi düşünüldüyündən güclüdür”
Tarix: 09-03-2017 12:36 | Bölmə: İdman


"Azərbaycan millisi ilə oyun dünya çempionatının seçmə mərhələsində İran və Özbəkistan yığmalarına qarşı keçirəcəyimiz görüşlər ərəfəsində yaxşı təcrübədir. Hazırlıq səviyyəmizi təkminləşdirmək üçün maksimum güc sərf edəcəyik. Bu görüş seçmə mərhələnin oyunlarına taktiki cəhətdən hazırlaşmaq üçün çox önəmlidir".

Reyting.az saytı Qol.az-a istinadla xəbər verir ki, bunu Qətər millisinin futbolçusu Yasser Abubakar millimizlə yoxlama oyunu öncəsi Qətər Futbol Federasiyasının saytına açıqlamasında deyib.

O, yığmamızın güclü rəqib olduğunu bildirib. "Azərbaycan millisi düşünüldüyündən güclüdür. Son vaxtlar əldə etdikləri yaxşı nəticələr onların gücündən xəbər verir. DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüblər və final mərhələsi üçün iddialarını davam etdirirlər. Azarkeşləri Azərbaycan və İran milli komandaları ilə ev oyunlarımızda yığmamızı dəstəkləməyə çağırıram. Komandamıza dövlət dəstəyinin olması da müsbət təsirini göstərəcək".

Qeyd edək ki, Dohada keçiriləcək Qətər-Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}