23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Neftçi” növbəti uğursuzluqla üzləşib
Tarix: 03-04-2017 15:13 | Bölmə: İdman

Azərbaycan futbolunun ən köklü klubu olan "Neftçi” növbəti uğursuzluğa düçar olub.

Reyting.az Qol.az-a istinadla xəbər verir ki, "ağ-qaralar”ın 2016/17 mövsümünü mükafatsız başa vuracağı qətiləşib.

Çempionatın bitməsinə tur 4 qalmışa qədər "Neftçi” 26 xalla 6-cı pillədə qərarlaşıb. "Ağ-qaralar” 26-cı turda "Sumqayıt”la səfər matçında 0:2 hesabı ilə uduzub. Bununla, xal hesabı 26-da qalan paytaxt klubu üçün "üçlük” əlçatmaz olub.

Üçüncü yerdə gedən "İnter”in 42 xalı var. Bu isə o deməkdir ki, Elxan Abdullayevin komandası son dörd oyunda bütün matçlarda qalib gəlsə belə, bürünc medalı qazana bilməyəcək.

Qeyd edək ki, "Neftçi” sön dəfə dörd mövsüm əvvəl (2012/13 mövsümündə) çempion olmaqla mükafat qazanıb.

Bundan başqa, "ağ-qaralar”ın bu mövsüm ölkə kubokunu qazanmaq şansı da az qala möcüzə kimi görsənir. Məsələ burasındadır ki, "Neftçi” kubokun yarımfinal oyununda öz meydanında "Qarabağ”a 0:2 hesabı ilə uduzub. Finala vəsiqə qazanmaq üçün onlar səfər matçında Ağdam klubuna ən azı 3 top fərqi ilə qalib gəlməlidir.

Əlavə edək ki, bu il "Neftçi” özünün 80 illik yubileyini qeyd edir. Yubiley ilində komandanın mükafatsız qalması haqlı olaraq narazılıq doğurur və komandanın çarı mövsümdəki çıxışı fiasko kimi dəyərləndirilir.

 





Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}