23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Cüdoçumuz medal qazanıb - Antalyada
Tarix: 08-04-2017 16:42 | Bölmə: İdman


Antalyada cüdo üzrə Qran-Pri yarışına start verilib. Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Qadın təmsilçilərimizdən 52 kiloqram çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb. Aişə Qurbanlı (48 kq) isə beşinci olub.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.

Qran-Pri turnirinə aprelin 9-da yekun vurulacaq.(SİA)

 





Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}