07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
UEFA klubların reytinqini açıqlayıb - Siyahı
Tarix: 13-04-2017 14:17 | Bölmə: İdman


UEFA klubların yeni reytinqini açıqlayıb.

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəzi komandaların xal hesabında dəyişikliklər olub.

Ötən gün "Bavariya”ya 2:1 hesabı ilə qalib gələn İspaniya "Real”ı siyahıya başçılıq edir.

Münhen klubu isə ikincidir. "Barselona” 3-cü, "Atletiko” 4-cüdür.

Azərbaycan klubları arasında ən yaxşı göstərici "Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 453 komandanın yer aldığı siyahıda 106-cı yerdədir. "Neftçi” 185-ci, "Qəbələ” isə 162-cıdır.

Azərbaycan klubları:

106. "Qarabağ” – 18,050

162. "Neftçi” – 9,800

185. "Qəbələ” – 7,800

229. "İnter” – 6,050

277. "Xəzər Lənkəran” – 4,550

299. "Kəpəz” – 4,050

307. "Bakı” – 3,800.

Qeyd edək ki, klubların reytinqi onların son beş mövsümdəki nəticələrinə əsasən hesablanır.(Qol.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}