14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Qarabağ" Azərbaycan futbolunun etalonudur - "AS" qəzeti
Tarix: 18-04-2017 14:23 | Bölmə: İdman

İspaniyanın məşhur idman qəzeti olan "AS" dünən "Qarabağ" haqda yazı dərc edib.

Qol.az-ın məlumatına görə, yazıda "Qarabağ"ın Topaz Premyer Liqada "İnter"ə 3:0 hesabı ilə qalib gələrək ardıcıl 4-cü dəfə ölkə çempionu olduğu yer alıb. Yazıda Qurban Qurbanovun komandasının son illərdə Azərbaycan futbolunun etalonu olduğu qeyd edilib.

Bundan başqa, Ağdam klubunda futbolçular Dani Kintana, Miçel Maderanın və məşqçi Ruben Sellesin ispan olduğu vurğulanıb. Yazıda onların karyeraları haqda ətraflı məlumat verilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}