23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Mötəbər yarışda iştirak edəcək boksçularımız müəyyənləşib - Siyahı
Tarix: 02-05-2017 16:42 | Bölmə: İdman

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, "Bakı-2015"in bürünc medalçısı Tayfur Əliyev, "Rio-2016”-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb:

49 kq. Rüfət Hüseynov

52 kq. Məsud Yusifzadə

56 kq. Tayfur Əliyev

60 kq. Cavid Çələbiyev

64 kq. Elvin İsayev

69 kq. Tamerlan Abdullayev

75 kq. Kamran Şahsuvarlı

81 kq. Rauf Rəhimov

91 kq. Teymur Məmmədov

+91 kq. Məhəmmədrəsul Məcidov.

Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-nə təsadüf edəcək.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}