23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Qalib idmançılarımız mükafatlandırılır - İslamiada
Tarix: 24-05-2017 13:58 | Bölmə: İdman


Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında medal qazanan Azərbaycan idmançılarına pul mükafatlarının verilməsi prosesi başlayıb.

Dünən idmançılar və məşqçilər pullarının bir hissəsini alıblar. Mükafatın qalan hissəsinin isə bu gün onların bank hesablarına köçürüləcəyi bildirilir.

Onu da qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən, İslam Oyunlarında birinci yeri tutan hər bir Azərbaycan idmançısına 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə isə 15 min manat mükafat verilir.

Bundan başqa, İ.Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi imzaladığı sərəncamla birinci yeri tutan hər bir Azərbaycan idmançısına 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat mükafat təyin edilib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}