Olimpiya çempionumuz məğlub olub - Çempionat
Tarix: 28-06-2017 15:36 | Bölmə: İdman / Xəbərlər

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir.

Taekvondo Federasiyasının məlumatına görə, bu gün daha iki idmançımız dayanq üzərinə çıxıb.

Radik İsaev (+87 kq) ilk döyüşündə Mərakeşli Ayoud Basselə (24:8), ikinci döyüşdə Çin təmsilçisi Jian Tiana qalib gəlib (16:11). Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qabon taekvondoçu Antoni Obameyə13:15 hesabı ilə məğlub olan Olimpiya çempionumuz mübarizəni dayandırıb.

Ramin Əzizov (87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Yassin Trabelsiyə(TUN) qalib gələn Əzizov (10:9) yarımfinal mərhələsi uğrunda döyüşdən Serbiyalı İvan Trajkovicə məğlub olaraq (15:22) yarışı başa vurub.

Sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq), qadınlardan isə Yaprak Eriş (57 kq) mübarizə aparacaq.

 






Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}