Hollandiyalı müdafiəçi: “Qəbələ”nin maliyyə şərtləri çox cəlbedicidir”
Tarix: 08-07-2017 16:41 | Bölmə: İdman


"Nürnberq” artıq 4-cü ildir ki, II Bundesliqada çıxış edir. Mən gələcək karyeramı düşünürəm. Bu səbəbdən klubla yollarımı ayırdım”.

Reyting.az saytı Qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Qəbələ”nin yeni transferi Deyv Bultuis deyib.

Hollandiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında "Qəbələ”ni seçməsinin səbəblərindən də danışıb: "Həyatımda yeni macəra yaşamaq istəyirəm. "Qəbələ” Avropa Liqasında çıxış edəcək. Bu turnirdə uzun müddətdir oynamıram. Üstəlik, "Qəbələ”nin maliyyə şərtləri çox cəlbedici idi. İndi karyeramın elə vaxtındayam ki, maliyyə haqda düşünməliyəm. Məhz bu səbəbdən Hollandiya klublarının təkliflərini rədd edib, "Qəbələ”yə keçdim”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}