17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İdman federasiyasıyası fəaliyyətini dayandırıb - Səbəb
Tarix: 12-09-2017 13:25 | Bölmə: İdman
İdman federasiyasıyası fəaliyyətini dayandırıb

Azərbaycan Reqbi Federasiyasıyası fəaliyyətini dayandırıb.

Reyting.az saytı unikal.org-a istinadla xəbər verir ki, idman federasiyasıyasının fəaliyyətini dayandırmasına səbəb maliyyə problemidir.

Məlumata görə, idmançılara və məşqlərin keçirilməsinə vəsait ayırmaqda çətinlik çəkən qurum bu addımı atmaq qərarına gəlib. Ciddi maliyyə sıxıntısı yaşanan qurumda nə milli komanda, nə də məşqçilər var.

Məlumatda bildirilir ki, olimpiya idman növü olan reqbi hazırda sadəcə azyaşlı uşaqlar üçün klub şəkilində fəaliyyət göstərir.

Qeyd edək ki, reqbi 2016 və 2020 Olimpiya Oyunlarına salınıb. Azərbaycan Reqbi Federasiyanın prezidenti Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı Eldəgiz Rəfibəylidir. O hazırda xaricdədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}