16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
“Qarabağ”-“Roma” oyununa 58 min bilet satılıb
Tarix: 22-09-2017 10:48 | Bölmə: İdman
“Qarabağ”-“Roma” oyununa 58 min bilet satılıb

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin məlumatına görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb.

Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN.

Satış məntəqələri

“ASAN Xidmət” Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

“28 Mall”

“Gənclik Mall”

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).

Qeyd edək ki, azarkeşlərimiz qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.(Modern.az)




Bölməyə aid digər xəbərlər