17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rəşad Sadıqov milli komandadan ayrılır
Tarix: 02-10-2017 14:35 | Bölmə: İdman / Xəbərlər
Rəşad Sadıqov milli komandadan ayrılır

“Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandası ilə vidalaşmaq qərarı verib.

"Futbol+" qəzetinin məlumatına görə, 35 yaşlı müdafiəçi oktyabrın 5-də Çexiya ilə 2018-ci il dünya çempionatı matçından sonra yığmadan ayrılacaq.

Bununla da Sadıqov 16 illik milli komanda karyerasına son qoymuş olacaq.

O da bildirilir ki, Sadıqovun getmək istəyindən AFFA da məlumatlıdır. Bununla bağlı Bakı Olimpiya Stadionunda oyun günü vida tədbiri də nəzərdə tutulub. Kapitan oktyabrın 8-də Almaniya ilə səfər matçında iştirak etməyəcək.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Sadıqovun yığma karyerasını bitirmək istəyindən məlumatsız olduqlarını söyləyib: "Hazırda Rəşad digər yığma üzvləri ilə birgə Çexiya və Almaniyaya qarşı oyunlara hazırlaşır. Bizdə onun getmək istəyinə dair heç bir məlumat yoxdur. Hansısa vida tədbirinin təşkilindən də xəbərsizəm"




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}