Cüdoçularımız uğur qazanıb - Reytinq cədvəli
Tarix: 10-10-2017 13:50 | Bölmə: İdman
Cüdoçularımız uğur qazanıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Daşkənd şəhərində baş tutan Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisi üçün uğurludur.

Belə ki, 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, çempion olan Vüqar Şirinli cədvəldə 66 pillə irəliləyib. Reytinq xalını 890-a çatdıran həmyerlimiz 32-ci yerə yüksəlib.

Qran-pridə 3-cü yeri tutan Telman Vəliyevlə (73 kq) Fəqan Quluzadə (81 kq) isə daha çox irəliləyiblər. Vəliyev 92 rəqibini arxada qoyduğu halda, digər cüdoçumuz 86 pillə yuxarı qalxıb. Onlar müvafiq olaraq, 57-ci və 61-ci yerdə qərarlaşıblar.

Millimizin aparıcı üzvlərinə gəlincə, onların mövqeyində ciddi dəyişiklik yoxdur.(Unikal.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}