İtaliyalı mütəxəssis “Qarabağ”ın oyunundan danışıb
Tarix: 22-10-2017 13:58 | Bölmə: İdman / Xəbər lenti
İtaliyalı mütəxəssis “Qarabağ”ın oyunundan danışıb

“Roma”nın baş məşqçisi Eusebio di Françesko növbəti dəfə “Qarabağ” komandası ilə Bakıda keçirdikləri oyuna münasibət bildirib.

Reyting.az saytı qol.az-a istinadla xəbər verir ki, A seriyasının 9-cu turunda bu gün “Torino”ya qarşı keçiriləcək matç öncəsi təşkil edilən mətbuat konfransında baş məşqçi deyib ki, Bakıdakı qələbə komandası üçün çox əhəmiyyətli olub:

“Qarabağ”ın “Atletiko”ya qarşı matçdakı nəticəsi (0:0 – red.) isə bizim qələbəmizin əhəmiyyətini daha da artırdı və uğurumuzun nə qədər vacib olduğunu bir daha göstərdi”,- deyə italiyalı mütəxəssis bildirib.




Bölməyə aid digər xəbərlər