Bülənt Qorxmaz "Qalatasaray"ın təklifini rədd etdi
Tarix: 16-03-2016 15:40 | Bölmə: İdman


Mustafa Dənizlinin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirən "Qalatasaray" komandanın əfsanəvi futbolçusu Bülənt Qorxmazla danışıqlar aparıb.

Qol.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis klubun prezidenti Dursun Özbəklə görüşüb.

Lakin tərəflər razılığa gələ bilməyiblər. Buna Qorxmazın "Qalatasaray"ın tələbi ilə razılaşmaması səbəb olub. Bülənt Qorxmaz klub prezidentinə "pul haqda danışmaram. Çünki bura məni Bülent Qorxmaz edən camiadır. Ancaq özümü sübut etməyim üçün mənə kifayət qədər vaxt verilməsini istəyirəm",- deyib.

Lakin Qorxmazın 1,5 illik müqavilə şərtini qəbul etməyən D.Özbək gənc mütəxəssisə mövsümün sonuna qədər komandanı çalışdırmağı təklif edib. Sabiq komandasında daha uzun müddət çalışmaq istədiyini bildirən B.Qorxmaz təklifi rədd edib.

Nəticədə "Cim Bom"un baş məşqçi vəfizəsinə aşağı yaş qrupu üzrə komandanın çalışdırıcısı Yan Olde Riekerink gətirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}