16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
“Atletiko”-"Qarabağ" oyununun hakimləri bəlli olub - Adlar
Tarix: 29-10-2017 15:05 | Bölmə: İdman / Xəbərlər
“Atletiko”-"Qarabağ" oyununun hakimləri bəlli olub

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Atletiko” - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

UEFA-dan oyunu amaniyalı hakimlərin idarə edəcəyini bildiriblər.

Görüşün baş hakimi Deniz Aytekin olacaq. Türk əsilli referiyə yan xəttə Quide Kleve və Markus Heker kömək edəcək.

Əlavə köməkçi hakim funksiyasını Daniel Sibert və Benjamin Nrand yerinə yetirəcək. Oyunun ehtiyat hakimi isə Eduard Beytinqer olacaq.

Qeyd edək ki, “Atletiko” - “Qarabağ” oyunu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.(Mənbə: Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}