10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
“Qarabağ”ın üç sponsoru var - Siyahı
Tarix: 14-11-2017 12:25 | Bölmə: İdman / Xəbərlər
“Qarabağ”ın üç sponsoru var

“Qarabağ” Türkiyənin “Damat” şirkətinin prezidentinin kluba sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

Reyting.az-ın məlumatına görə, Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl Qol.az-a açıqlamasında bunu təkzib edib.

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb”, – deyə Ə.Çəlikəl bildirib.

Klub rəsmisi deyib ki, “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır: “Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}