"Zirə"nin oyunçusu Polşa komandasında oynayacaq
Tarix: 28-12-2017 19:03 | Bölmə: İdman
"Zirə"nin oyunçusu Polşa komandasında oynayacaq

Qabriel Matey "Zirə" ilə yolları ayırmağa hazırlaşır.

Polşa mətbuatının xəbərinə görə, 27 yaşlı müdafiəçi "Bruk-Bet Termalika" klubu ilə razılığa gəlib. Onun yaxın günlərdə Polşa təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.

Xəbərdə Q.Mateyin qiymətinin 450 min avro olduğu yazılıb.

Qeyd edək ki, Q.Matey 2017-ci ilin iyunundan "Zirə"də oynayır.(Qol.az)




Bölməyə aid digər xəbərlər
14-12-2017, 13:39 Kubokun sahibi bəlli olub