16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Dinamo" "Qarabağ"dan 400 min avro tələb edir?
Tarix: 03-01-2018 12:27 | Bölmə: İdman / Xəbərlər
"Dinamo" "Qarabağ"dan 400 min avro tələb edir?

Rumıniya “Dinamo”sunun futbolçusu Steliano Filipi transfer etmək istəyən Azərbaycan klubunun adı müəyyənləşib.

Reyting.az saytı qol.az-a istinadla xəbər verir ki, Rumıniya mətbuatı bu klubun "Qarabağ" olduğunu iddia edib. Ağdam təmsilçinin 23 yaşlı müdafiəçi üçün təklif göndərdiyi bildirilir. "Dinamo"nun bu keçid üçün 400 min avro tələb etdiyi yazılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan klublarından birinin S.Filiplə maraqlandığı yazılmışdı. Ancaq həmin klubun adı açıqlanmamışdı.

Hələlik "Qarabağ" klubu məsələyə münasibət bildirməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}