"Qarabağ"ın sabiq futbolçusu Fransa komandasında oynayacaq
Tarix: 06-01-2018 11:57 | Bölmə: İdman
"Qarabağ"ın sabiq futbolçusu Fransa komandasında oynayacaq

"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi Əl Jadeyauinin yeni klubu müəyyənləşib.

31 yaşlı yarımmüdafiəçi Fransanın 3-cü liqa təmsilçisi "Qrenobl"la müqavilə imzalayıb. O, yeni klubunda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Əl Jadeyaui 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib. O, ötən ay Tailandın "Ratçaburi" klubundan ayrılıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}