“Qarabağ” Afrikadan hücumçu almaq istəyir – Məbləğ
Tarix: 15-01-2018 12:36 | Bölmə: İdman / Xəbərlər
“Qarabağ” Afrikadan hücumçu almaq istəyir

Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiat karyerasını Azərbaycanda davam etdirə bilər.

"The Herald" nəşrinin yaydığı xəbərə görə, “Qarabağ” 28 yaşlı hücumçunu transfer etmək istəyir.

Bildirilir ki, karyerasını Avropada davam etdirmək istəyən Zimbabve yığmasının üzvü klubunun ona təklif etdiyi yeni müqavilə ilə razılaşmayıb. Buna görə də baş məşqçi Pitso Osimane onu əsas komandadan kənarlaşdırıb.

Xəbərədə “Qarabağ”ın bu futbolçuya ayda 500 min Zimbabve dolları verməyə hazır olduğu qeyd olunub. Billiatın satış qiyməti isə 2,5 milyon ABŞ dollarına bərabərdir.

“Qarabağ” Afrikadan hücumçu almaq istəyir

Qeyd edək ki, Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"da çıxış edir. 2011-ci ildən Zimbabve millisində oynayan forvard 26 matçda 7 qol vurub. O, əvvəllər Zimbabvenin "CAPS Yunayted", CAR-ın "Ayaks Keyptaun" komandalarında da çıxış edib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}