17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rəşad Sadıqov oyuna millimizin qələbəsi ilə başlayıb - Hesab
Tarix: 16-01-2018 21:31 | Bölmə: İdman
Rəşad Sadıqov oyuna millimizin qələbəsi ilə başlayıb

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununu keçirib.

Reyting.az saytı qol.az-a istinadla xəbər verir ki, Rəşad Sadıqovun başçılıq etdiyi komanda "Alanyaspor"un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb.

Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Nicat Süleymanov (43-cü dəqiqə), Elnur Cəfərov (44-cü dəqiqə) və Ülvi İsgəndərov (70-ci dəqiqə) vurub.

Qeyd edək ki, yığmamız Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}