"Qarabağ" mövsümün qalibidir - 22 xal
Tarix: 31-03-2016 14:52 | Bölmə: İdman

Topaz Premyer Liqada III dövrə başa çatıb.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə,2016-cı ilin arxada qalan hissəsinə təsadüf edən 9 turda "Qarabağ” hamıdan üstün olub.
22 xal toplayan Ağdam təmsilçisi dövrənin qalibidir. Qurban Qurbanovunkomandası 18 xal topladığı II dövrədə də hamını arxada qoyub.
Mövsümün ilk 9 turunun ən yaxşısı isə "Qarabağ”ı top fərqində üstələyən "Qəbələ” idi – 20 xal. İkinci dəfə dövrənin ən yaxşısı olan "Qarabağ"22 xal toplamaqla 9 tur üçün mövsümün rekord göstəricisinə imza atıb.
Əyalət klubu dövrədə hamıdan çox qol vurub və ən az top buraxıb. "Zirə” dövrəni heç-heçəsiz, "Rəvan”la "Xəzər Lənkəran” qələbəsiz bitirib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}