Millimiz oyunu bərabərliklə başa vurub
Tarix: 23-01-2018 23:13 | Bölmə: İdman / Xəbərlər
Millimiz oyunu bərabərliklə başa vurub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində üçüncü yoxlama oyununa çıxıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Millimiz avtoqol sayəsində hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.

Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində “Alanyaspor” klubunun U-21 komandasına qalib (3:1) gəlib, Albaniyanın U-20-nə məğlub (0:1) olub.

Millimizin start heyəti: 1. Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev

Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}