"Qəbələ”- “Arsenal” oyununda nəticə bərabər olub
Tarix: 27-01-2018 21:40 | Bölmə: İdman / Xəbərlər
"Qəbələ”- “Arsenal” oyununda nəticə bərabər olub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Roman Qriqorçukun komandası Rusiya təmsilçisi “Arsenal”la qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla qış fasiləsinə 8-ci pillədə yollanıb.

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib, İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

27 yanvar

Yoxlama oyunu

18:00. "Qəbələ" - "Arsenal" (Rusiya) - 3:3

Qollar: Berxamov, 2 (0:1), Ozobiç, 17 (1:1), Berxamov, 28 (1:2), Monros, 32 (2:2), Bexramov, 45 (2:3), Vitali Vernidub, 83 (3:3)

"Qəbələ"nin start heyəti: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}