17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Səbail” komandası Türkiyədəki hazırlığı yekunlaşdırıb
Tarix: 03-02-2018 15:26 | Bölmə: İdman / Xəbərlər
“Səbail” komandası Türkiyədəki hazırlığı yekunlaşdırıb

Yanvarın 20-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” hazırlığı başa vurub.

Klubun yaydığı məlumata görə, Samir Əliyevin komandası artıq Bakıya qayıdıb.

Qeyd edək ki, "Səbail" hazırlıq müddətində Bolqarıstanın “Lokomotiv”inə 1:3 hesabı ilə uduzub, “Çernomorets” (Ukrayna – 0:0), “Napredak” (Serbiya – 1:1) və “Seniça” (Slovakiya – 2:2) ilə heç-heçə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}