“Qəbələ”nin futbolçusu “Slaviya"da oynayacaq - Foto
Tarix: 17-02-2018 08:27 | Bölmə: İdman / Xəbərlər
“Qəbələ”nin futbolçusu “Slaviya"da oynayacaq

Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.

Bu şəxs “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradovdur.

Futbol meneceri Vaqif Heydərli sosial şəbəkə vasitəsilə bildirib ki, gənc yarımüdafiəçi mövsümün sonuna kimi icarə əsasında Çexiyanın “Slaviya" (Praqa) klubunda çıxış edəcək.

Qeyd edək ki, Vaqif Heydərlinin ölkə xaricinə apardığı futbolçulardan biri də Budaq Nəsirovdur. O, Portuqaliya "Sportinq"inin B komandasında çıxış edir.

“Qəbələ”nin futbolçusu “Slaviya"da oynayacaq

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}