Premyer Liqa və kubokun təqvimi dəyişib
Tarix: 20-02-2018 21:11 | Bölmə: İdman
Premyer Liqa və kubokun təqvimi dəyişib

Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib.

Qurumun yaydığı xəbərə görə, Premyer Liqa və Azərbaycan kubokunun təqvimindəki dəyişikliklərə milli komandamızın mart toplanışı və yoxlama görüşləri, həmçinin 11 aprel Prezident seçkiləri səbəb olub.

Çempionatın 19-cu turunun “Kəpəz” – “Qəbələ” və “Keşlə”- “Neftçi” oyunları martın 9-da, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə martın 10-da olacaq. 20-ci turun “Keşlə”- “Qəbələ” qarşılaşması martın 13-də, turun digər üç oyunu isə martın 14-də keçiriləcək.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də deyil, aprelin 12-də oynanılacaq. Həmçinin, Premyer Liqanın 23-cü turundakı “Zirə” – “Neftçi” görüşü aprelin 14-dən 15-nə keçirilib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}