16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Federasiyada daha bir dopinq qalmaqalı başlayıb - Foto
Tarix: 21-02-2018 13:37 | Bölmə: İdman / Xəbərlər
Federasiyada daha bir dopinq qalmaqalı başlayıb

Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı başlayıb.

Rövşən Fətullayevdən sonra gənclərin milli komandasının üzvü İsa Rüstəmovun qanında qadağan olunmuş maddə aşkarlanıb.

Reyting.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən gənc atlet test edilib və onun qadağan olunmuş maddə istifadə etdiyi təsdiqlənib.

Məlumatda bildirilir ki, İ.Rüstəmov sonuncu Avropa çempionatından sonra dopinqdə ilişib. Federasiya daxilindən verilən məlumata görə, gənc atletin qanında dopinq tapılmasını Ağır Atletika Federasiyası gizli saxlamağa çalışır.

Federasiyada daha bir dopinq qalmaqalı başlayıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}