23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Kintana: “Neftçi”ni çətin vəziyyətə salmağa çalışacağıq”
Tarix: 11-03-2018 08:52 | Bölmə: İdman / Xəbərlər
Kintana: “Neftçi”ni çətin vəziyyətə salmağa çalışacağıq”

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqanın 19-cu turunun “Zirə” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi görüşdə hesabı açan ispan futbolçu əvvəlcə qalibiyyəti şərh edib.


Dani Kintana deyib ki, oyun bizim üçün yaxşı başladı: “Erkən qol vurmağımız lehimizə işlədi. Bir neçə dəqiqədən sonra ikinci topu rəqib qapısından keçirdik. Yavaş-yavaş oyuna nəzarəti əlimizə aldıq. Layiqli qələbə qazandıq”.

Yarımmüdafiəçi bildirib ki, baş məşqçi ona meydançada sərbəst oynamaq imkanı verir: “Bəzən vəziyyətə görə mövqeyimi dəyişdim. Düşünürəm ki, bu gün çıxışım uğurlu alındı, qol da vurdum”.

Növbəti turda “Neftçi” ilə qarşılaşacaqlarına da toxunan yarımmüdafiəçi qeyd edib ki, “Neftçi” hazırda yaxşı formadadır: “Onlar ardıcıl qələbələr qazanmağa başlayıblar. Amma biz meydana 3 xal üçün çıxacağıq. Məqsədimiz dəyişmir. Onları çətin vəziyyətə salmağa çalışacağıq”.

“Qəbələ”nin ardıcıl 2 oyunda xallar itirməsi gözlənilməz sayan D. Kintana düşünür ki, onların riyazı cəhətdən şansları hələ var. “Biz mübarizəmizi davam etdirik. Addım-addım gedirik. Qarşıda 9 tur var. Yenə eynisini etməyə çalışacağıq”,- deyən yarımmüdafiəçi ön xəttdə Mahir Mədətovun, yoxsa Ramil Şeydayevin oynamalı olduğuna da toxunub: “Gəlin, belə məsələlərə girməyək. Bununla bağlı qərarları baş məşqçi verir. Komandamızdakı bütün hücumçular bizim üçün önəmlidir. Məşqçi bu gün Ramili start heyətdə meydana buraxdı. Belə qərarlar baş məşqçiyə məxsusdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}