17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Millimiz dünya reytinqində geriləyib - 22 pillə
Tarix: 07-04-2016 14:06 | Bölmə: İdman


FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan millisi 22 pillə geriləyib.

Ötən ay Antalyada keçirilən Qazaxıstanla yoxlama matçında 0:1 hesabı ilə uduzan millimiz 269 xalla134-cü pillədə qərarlaşıb.

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 5-ci (-1), Çexiya 29-cu (-5) , Şimali İrlandiya 26-cı (2), Norveç 49-cu (2) və San-Marino isə 200 (-2) pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində dəyişiklik olub. Argentina millisi ilk pilləyə yüksəlib. Belçika ikinci, Çili isə üçüncü pillədə qərarlaşıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}