Gənc futbolçular seks üçün varlı kişilərə satılıb - Qalmaqal
Tarix: 23-03-2018 11:15 | Bölmə: İdman / Xəbərlər
Gənc futbolçular seks üçün varlı kişilərə satılıb

Argentinanın "İndependyente” klubunda pedofil skandalı başlayıb.

Ən məşhur klublardan sayılan bu komandada gənc futbolçuların bəzi hakimlərə və zəngin insanlara pul qarşılığında satıldığına dair şok məlumatlar üzə çıxıb.

Söhbət 14 və 16 yaş aralığında olan uşaqlardan gedir. Onlar pul qarşılığında zəngin insanlarla sekslə məşğul olmağa məcbur ediliblər. Qalmaqalın üstü həmin zorakılığa məruz qalan uşaqlardan birinin baş verənləri psixoloqa danışması ilə açılıb.

Məlum olub ki, son dörd ayda təxminən 20 futbolçu oxşar cinayətin qurbanı olub. Əsasən yaşlı və varlı şəxslərlə birgə olmağa məcbur edilən gənc futbolçuların seks qarşılığında 35 funt aldığı bildirilir.

Artıq insidentlə bağlı araşdırmalara başlanılıb. Gənclərdən ibarət komandalar üzrə koordinator Fernando Beronun saxlandığı bildirilir.

Argentina klubu məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Araşdırma aparan dövlət rəsmiləri digər klublarda da oxşar halın yaşanıb-yaşanmadığını öyrənməyə çalışırlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}