Millimizin Makedoniya ilə qarşılaşması başa çatıb
Tarix: 27-03-2018 21:32 | Bölmə: İdman / Xəbərlər
Millimizin Makedoniya ilə qarşılaşması başa çatıb

Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirib.

Yığmamız Antalyada Makedoniya millisi ilə qüvvəsini sınayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

“Mardan” stadionunda keçirilən görüşdə videotəkrar sistemindən istifadə olunub ki, bu da millimiz üçün bir ilkdir.

Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.

27 mart

Yoldaşlıq görüşü

20:00. Azərbaycan – Makedoniya - 1:1


Qol: Riçard Almeyda,6-pen. (1:0), Traykovski, 22-pen. (2:2)

Baş hakim: Halis Özkahya

Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy

Dördüncü hakim: Ali Palabıyık (hamısı Türkiyə)

VAR hakimləri: Cüneyt Çakır, Hüseyin Göçek (hamısı Türkiyə)

Antalya. “Mardan” stadionu




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}