14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rəşad Sadıqov: “Təəssüf ki, yekunda qol buraxdıq”
Tarix: 28-03-2018 21:49 | Bölmə: İdman / Xəbərlər
Rəşad Sadıqov: “Təəssüf ki, yekunda qol buraxdıq”

“Çox gərgin, ağır oyun keçdi. Aydın məsələdir, rəqib qrupdan çıxmağa çalışır. Əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Göstərdikləri əzimkarlığa, mübarizəyə, sona qədər əzmlə, inamlı oynadıqlarına görə futbolçularımı təbrik edirəm. Komandanın oyunundan razı qaldım”.

Reyting.az
-ın xəbərinə görə, bu sözləri AFFA-nın saytına 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İrlandiya – Azərbaycan oyunu ilə bağlı yığmamızın baş məşqçisi Rəşad Sadıqov deyib.

R. Sadıqovun sözlərinə görə, oyun rəqibin üstünlüyü ilə keçsə də, ilk yarıda rəqibə qol vəziyyəti yaratmağa imkan verməyiblər: “İkinci hissədə isə standart vəziyyətlərdən bir-iki təhlükəli vəziyyət yaratdılar. Bununla belə, rəqibin həyata keçirdiyi çoxsaylı standart vəziyyətlər zamanı həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadılar. Sonda qolu məhz standart vəziyyətdən buraxmağımıza baxmayaraq, bu oyunda cərimə zərbələri zamanı zəif deyildik. Təəssüf ki, yekunda qol buraxdıq. Amma bu bizi ruhdan salmamalıdı. Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq. Kollektiv şəkildə oynadıqda, əzmkar mübarizə apardıqda ortaya yaxşı nəticələr çıxa bilər. Qələbə də qazana bilərdik”.

R. Sadıqov bildirib ki, 87-ci dəqiqədə komandamızın hücumu zamanı top qapı dirəyinə dəyib: “Futboldu, bunlara hazır olmalıyıq. Düzdü, ağır məğlubiyyətdir, amma futbolçularda olan əzmkarlıq, mübarizə ruhu və verilən tapşırıqları yerinə yetirmək istəyi məni sevindirir. Hələ yolun əvvəlindəyik. İstər Antalya toplanışı, istərsə də, seçmə mərhələnin iki oyunu məndə müsbət fikirlər yaratdı. Oyundan-oyuna, məşqdən-məşqə futbolçularda irəliləyiş görürəm. Bu amil məni sevindirir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}