16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Baş məşqçiyə sərt cəza verilib - Foto
Tarix: 05-05-2018 12:14 | Bölmə: İdman / Xəbərlər
Baş məşqçiyə sərt cəza verilib

“Arsenal”ı mübarizədən kənarlaşdıraraq Avropa Liqasının finalına vəsiqə qazanan “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə sərt cəza verilib.

Argentinalı mütəxəssis ilk qarşılaşmada hakimin ünvanına xoşagəlməz sözlər işlətdiyi üçün tribunaya göndərilmişdi. UEFA baş məşqçini 4 oyunluq cəzalandırıb. Bundan əvvəl Simeone cavab oyununu tribunadan izləyib. Bu o deməkdir ki, mütəxəssisin cəza müddəti 3 matçlıq qalıb. Səfərdə qollu bərabərliklə ayrılan İspaniya klubu evdə 1:0 hesabıyla qalib gəlib.

Qeyd edək ki, mayın 16-da keçiriləcək “Olimpik” – “Atletiko” finalını da Simeone tribunadan izləməli olacaq.(Supersport.Az)

Baş məşqçiyə sərt cəza verilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}