Klub baş məşqçi ilə müqaviləyə xitam verib
Tarix: 15-05-2018 20:36 | Bölmə: İdman / Xəbərlər
Klub baş məşqçi ilə müqaviləyə xitam verib

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Ümit Özatla yollarını ayırıb.

Bu barədə Ankara təmsilçisinin prezidenti Murat Cavcav “Hürriyət”ə açıqlamasında məlumat verib.

O, Özatla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini deyib.

“Gənclərbirliyi”nin Türkiyə Superliqasının 33-cü turunda aşağı liqaya düşməsi rəsmiləşdiyi üçün klub rəhbərliyi belə qərar verib.

Qeyd edək ki, "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}