Avrokubokdakı dördüncü təmsilçimiz də müəyyənləşib
Tarix: 28-05-2018 22:23 | Bölmə: İdman / Xəbərlər
Avrokubokdakı dördüncü təmsilçimiz də müəyyənləşib

2018/19 mövsümündə Azərbaycanı Avropa kuboklarında təmsil edəcək sonuncu – dördüncü klub da müəyyənləşib.


Bu, Azərbaycan kubokunun “Keşlə”-“Qəbələ” matçından (1:0) sonra məlum olub. “Qəbələ” üzərindəki 1:0 hesablı qələbə sayəsində kuboka sahib çıxan Yuri Maksimovun komandası Avropa Liqasına vəsiqə qazanıb.

Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Keşlə”, “Qəbələ” və “Neftçi” (hamısı Avropa Liqası) təmsil edəcək. Bütün klublarımız mübarizəyə birinci mərhələdən başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}